Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Operativ çevik məqsədə hesablanmış addımlar

0

  •            Mən bu məqaləni yazmaq istəyəndə dahi Sokratın bir fikri yadıma düşdü: "Sağlamlıq hər şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir." Doğrudan da əgər insan xəstədirsə, ətrafında olan  yaxşı heç bir şey onun ürəyincə olmayacaq. Son günlərdə pandemiyanın sürətlə artması bəzi insanlarda ruh düşkünlüyü yaratmışdır. Lakin mən onlara demək istəyirəm ki, onları düşünən, onların sağlamlığı ilə anbaan maraqlanan, xalqını sevən, vətəndaşının qayğısına qalan Cənab İlham Əliyev kimi Prezidentimiz var. Bizim Prezidentimizin mövqeyi insan həyatı və onların sağlamlığıdır. Pandemiya yayılandan onun etdiyi çıxışlar, xüsusən də 6 avqust 2020 - ci il tarixdə Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə buna canlı nümunədir. Cənab Prezidentimizin etdiyi çıxışlardan məlum olur ki, koronavirusla mübarizəyə özü nəzarət edir və məhz buna görədə Azərbaycanda xəstəxanaların fondu xəstələrə görə uyğunlaşdırılmışdır. İlk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda ölənlərin sayı dünya miqyasında aşağı səviyyədədir. 46 xəstəxana koronavirus xəstələrinə xidmət edir. Bu xəstəxanalardan 41-i son 17 il ərzində tikilib və ya əsaslı təmir olunub. 29 iyunda Cənab Prezidentimiz 1 gün ərzində həm Qobustanda, həm İsmayıllıda, həm də Qəbələ və Şəkidə modul tipli xəstəxanaların açılışında iştirak edib. Beləliklə də ölkəmizdə 9 modul tipli xəstəxana istifadəyə verilib. Bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə alacaq. Xəstələrin vəziyyəti ciddi nəzarət altında olduğundandır ki, son 3 həftə ərzində müsbət dinamika nəzərə çarpır. Bu xəstəxanalarda öz işini sevən, savadlı, azərbaycanlı həkimlərlə yanaşı xaricdən Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən gəlmiş həkim briqadaları da fəaliyyət göstərir. Azərbaycan adambaşına düşən testlərə görə sevindirici haldır ki, birinci yerdədir.                                Pandemiya dövründə iqtisadi-sosial məsələlər də öz həllini tapır. Belə ki, 9 min dövlət sektorunda çalışan insanlar dövlətdən vəsait alır. 760 min insana isə maliyyə dəstəyi göstərildi və iş yerləri qorundu. Çox faiz insanlara 190 manat müavinət verildi və verilməkdə davam edir. Bütün bunlar hamısı bizim öz büdcəmiz hesabına, yəni heç bir Dünya Bankına müraciət etmədən edilir. Lakin hələ pandemiya başlamamışdan əvvəl bizim azalan gəlirlərimiz, artan xərclərimiz Cənab Prezidentimizi narahat edirdi və o büdcəyə düzəlişlər edilməsi barədə Milli Məclisə tapşırıq verdi və bu məsələ bu günlərdə Milli Məclisdə müzakirə edilməkdədir. Büdcəmizin hansı səviyyədə olmasına baxmayaraq, Cənab Prezidentimiz həmişə öz xalqı üçün narahat olmuşdur. Bu il rekord sayda köçkün və Qarabağ əlilləri ailələri mənzillərlə təmin ediləcək. Yəni 7000-dən çox köçkün ailəsi, 1500-dən çox şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri bu imkanlardan yararlanacaq. Bütövlükdə ən azı 9000-nə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Cənab Prezidentimizim siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. O, xalqını daha firavan, daha gözəl yaşaması üçün bütün vasitələrə əl atır. Və sonda demək istəyirəm ki, biz ziyalılarda Cənab Prezidentimizin siyasətini daim bəyənir və dəstəkləyirik və ona uca tanrıdan uzun ömür və ən qiymətli tac olan sağlamlığın daim onun başında olmasını arzu edirəm.Kübra İsmayılova,Şəhid anası
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib36 dəfə
    Operativ çevik məqsədə hesablanmış addımlar

    Maraqlı gələ bilər
    34
    24